"Mançester Siti"inn rəhbərliyi komandanın heyətini gücləndirmək üçün transferlərə 100 milyon funt-sterlinq pul ayıracaq.

 

Buna səbəb "şəhərlilər"in çempionluq uğrunda mübarizədə əsas rəqibi olan "Liverpul"a rəqabətdə geri qalmasıdır. Transferlərin qış və ya yay transfer pəncərəsində olacağı dəqiqləşməyib. Ancaq baş məşçqi Pep Qvardiolanın mərkəz müdafiəçisi  və Serxio Aqueronu əvəzləyəcək hücumçu transfer istədiyi bildirilib.

 

 
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada lider “Liverpul”dan 9 xal az - 25 xalla 4-cü pillədə qərarlaşıb.